80 №-li tam orta məktəbin direktoru –
Təranə Müzəffərova
Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə edilmişdir. Hər il digər dövlətlər kimi Azərbaycan da müəyyən yeni nailiyyətlər haqqında məlumat verirdi. Artıq xüsusi fəxarət hissi ilə bu dəfə Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında məlumat verə bilirik. Məhz 2020-ci ilin sonuncu günü - dekabrın 31-də - Dünya Azərbaycanlıların Həmrəylik Günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verilməsi heç də təsadüf deyil. Bu hadisə Azərbaycan xalqının bayramına ikiqat sevinc qatan böyük bir uğurdur. Bu böyük layihənin baş tutmasında Avropa Komissiyası və Azərbaycan həmtəşkilatçı olaraq, bütün ölkələr, şirkətlər, beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasındakı səyləri mühüm rol oynamışdır. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında iki komissarın iştirakı faktı bu layihəyə göstərilən diqqətə dəlalət edir.
3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizin XXI əsrin ən böyük infrastruktur layihəsinin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı artıq Avropa məkanına çatdırılır. “Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycanın istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.” – deyə qeyd edən cənab Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyi sahəsində artıq yüksəsək pillələrdə olduğuna işarə edib.
Azərbaycan qazının etibarlı və yeni mənbə olaraq Avropa İttifaqı bazarına çatdırılması və baş verən son hadisələr də enerji təhlükəsizliyi baxımından şaxələndirmənin vacibliyini göstərir.
Milli səviyyədə koordinasiya bu nəhəng layihəni - XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra edir. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik.
Bölməyə aid digər xəbərlər