Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi

Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi


ABŞ, İngiltərə, Fransa və Almaniyanı İsrailə dəstəyi dayandırmayacağı təqdirdə bu ölkələrin, o cümlədən İsrailin istənilən hücumuna sərt cavab verəcəyik.

Belə bir bəyanatla İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Əbülfəzl Şikarçi çıxış edib.

O yazılı açıqlamasında ABŞ, İngiltərə, Fransa və Almaniyanı İsrailə dəstək verməkdə ittiham edərək qeyd edib: 
“Siz yaxşı bilirsiniz ki, İran müharibə tərəfdarı deyil, lakin biz istənilən təcavüzkarı sizdən və ya çarəsiz rejimdən (İsraildən) İsrailə cavabdan daha güclü şəkildə kəsərik".

Şikarçi rəsmi Tehran adından ABŞ, İngiltərə, Fransa və Almaniyaya çağırış edərək onları bataqlığa qərq olmuş İsraili  dəstəkləməməyi və özünü oda atmamağı tövsiyə edib.

Tarix: 16-04-2024, 10:22 Oxunub: 53


Bölməyə aid digər xəbərlər