İstanbul birjasında 17 ilin ən böyük xarici sərmayə çıxışı

2020-ci ildə xarici sərmayəçilər "Borsa İstanbul"da xalis 4,58 milyard dollarlıq satışa imza atıblar. 
QanunXəbər.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu rəqəm 2003-cü ildən bəri ən yüksək çıxışdır.
Xarici sərmayəçilərin son 3 ildəki cəmi satışı 7,2 milyard dollara çatıb. 
2020-ci ilə ən çox Aselsan, Petkim, Türk Traktör ve Kardemir səhmləri alınıb.
2020-ci ildə 201 milyon dollar ilə ən çox alınan Aselsan səhmləri, ən çox satılan isə 530 milyon dollar ilə Tüpraş səhmləri olub.
Həmçinin 2020-ci ildə ən çox Tüpraş, Turkcell, Akbank, Garanti ve Vakıflar Bankası səhmləri satılıb.
Xarici sərmayəçilər dekabr ayında 27,2 milyard dollarlıq alış edərkən, 26,6 milyard dollarlıq satış ediblər və beləliklə, xalis 608 milyon dollarlıq alış reallaşdırıblar. 
Dekabr ayında ən çox Garanti, Tüpraş, Akbank və Türk Hava Yolları səhmləri alınıb, ən çox Selçuk Ecza Deposu, Arçelik ve Şekerbank səhmləri satılıb.


Tarix: 11-01-2021, 11:43 Oxunub: 52


Bölməyə aid digər xəbərlər