12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Göldən 40 avtomobil çıxarıldı - Foto

ABŞ-ın Tennense ştatının Naşville şəhərində volontyor dalğıclar Kamberlend çayı və Persi-Prist gölündə 1 həftə boyunca təmizlik işləri aparıblar.
QanunXəbər.com xəbər verir ki, onlar bu müddət ərzində sudan düz 40 avtomobil çıxarıblar.
Maşınların ora necə düşməsi məlum deyil. Tapılan nəqliyyat vasitələri müxtəlif marka və illərə aiddir. Onların arasında "Ford Thunderbird" (1983-1988-ci illər istehsalı), "Cip Vrangler YJ" (1986-1995-ci illər istehsalı), "Pontiac LeMans" (1962-1981-ci illər istehsalı), həmçinin müasir "Ford Fokus" və s. markalı avtomobillər də var. Dalğıcların sözlərinə görə, maşınların hər hansı birində cəsəd aşkar edilməyib.
Polis faktla bağlı artıq araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanı əməkdaşları ehtimal edir ki, bəzi maşınlar qaçırılıb və sonradan çay, yaxud gölə atılıb. Digər bir versiyaya görə isə avtomobil sahibləri sığortadan pul əldə etmək məqsədilə belə bir dələduzluğa əl atıblar.


Tarix: 28-01-2021, 02:00 Oxunub: 93


Bölməyə aid digər xəbərlər