12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Ərdoğanın şəxsi mühafizə rəisi qəfildən öldü

Ərdoğanın şəxsi mühafizə rəisi qəfildən öldü


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəsinin rəisi dünyasını dəyişib.

Prezidentliyin Mühafizə Departamentinin Xüsusi Əməliyyatlar Şöbəsinin müdiri Hayrettin Eren Seneqalda vəzifəsini icra edərkən ürək tutmasından dünyasını dəyişib.

“Anadolu” xəbər verir ki, hadisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Seneqal səfəri zamanı vəzifəsini yerinə yetirərkən baş verib. Eren Ərdoğanın  Seneqal stadionunun açılış mərasimi zamanı infarkt keçirib.

Bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyən Eren dünyasını dəyişib. Erenin cənazəsi Seneqaldakı təmaslarını başa vuran prezident Ərdoğanın təyyarəsi ilə Türkiyəyə gətirilib.

Tarix: 23-02-2022, 11:40 Oxunub: 80


Bölməyə aid digər xəbərlər