12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Kadırovdan Zelenskiyə sərt qarşılıq: "Axmaq, o qədər də vaxtımız yoxdur"

Kadırovdan Zelenskiyə sərt qarşılıq: "Axmaq, o qədər də vaxtımız yoxdur"


Çeçenistan rəhbəri Ramzan Kadırov Vladimir Zelenskinin CNN telekanalına müsahibəsində Ukraynanın on il döyüşməyə hazır olması ilə bağlı bəyanatını şərh edərkən deyib ki, Zelenski üçün hər şey bir neçə günə bitəcək. 

Bu şərhin yer aldığı audioyazı bazar ertəsi gecə respublika başçısının teleqram kanalında yayımlanıb.

"Burada oxudum ki, Zelenski on il döyüşməyə hazır olduğunu bəyan etdi. Ay axmaq, sən özün nə hesab edirsən? O qədər vaxtımız yoxdur, bu günlərdə səni bitirəcəyik. Məncə, səndə şizofreniya var! Ən yaxşısı böyük qardaşın Baydenə get. Bir-birinizlə salamlaşın”, - Kadırov gülərək deyib.

Tarix: 18-04-2022, 10:12 Oxunub: 56


Bölməyə aid digər xəbərlər