Koronavirus sudan da keçə bilər- Azərbaycanlı Virusoloqdan ŞOK AÇIQLAMA

Xəbər verdiyimiz kimi Rusiyanın müxtəlif bölgələrində su və qida məhsullarında koronavirus aşkar edilib.
Bunu sentyabrın 15-i Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında xidmətin rəhbəri Anna Popova bildirib. 2020-ci ilin 3 sentyabrından Rusiyanın bütün bölgələrində su və qida məhsullarında koronavirus infeksiyasının mövcuddluğuna dair araşdırmalara başlanıb.
Virusun su mənbələrindən yayılması ehtimalını düşünsək, Azərbaycanda da su mənbələrində virusun aşkarlanması istiqmətində testlər aparıla bilərmi?
Bununla bağlı QanunXeberin sualını Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, dosent Lalə Rüstəmova cavablandırıb:
"Virus infeksiyalarının yayılmasında su amilinin rolu önəmlidir. Elə viruslar vardır ki, onların ötürülməsində mütləq su amili birinci amil kimi iştirak edir. Konkret koronavirus infeksiyasını götürsək su amilinin burada epidemik prosesdə həlledici rol oynaması haqqında fikirlər müxtəlifdir.
Məndə rəsmi məlumatlar var. Rusiyada həm tədqiqatlar mərkəzində , həm də istehlakçıların hüquqlarına nəzarət idarəsinin məhdud sayda da olsa bu istiqamətdə tədqiqatları vardır. Onlar əsas etibarilə karantin tədbirləri dövründə çimərlikərin istifadəsi ilə bağlı təklifləri hazırlayarkən bu müayinələri aparıblar. Yəni onlar dəniz suyunda koronavirus infeksiyasının qalma müddətini öyrənib, müəyyən ediblər. Məlum olub ki, dəniz suyunda koronavirusun qalma müddəti o qədər də çox deyil.
Məhz buna görə də çimərliyə karantinin yumşaldılması mərhələsində icazə verildi. Bu gün koronavirusun içməli su mənbələrində, çirkablı sularda, müxtəlif yeraltı sularda qalması, çoxalması araşdırılmalıdır. Azərbaycanda bu tədqiqatlar mütləq aparılmalıdır. Çünki biz yeraltı , artezian, çay sularından müəyyən məqsədlər üçün da istifadə edirik. Bunu nəzərə alaraq mütləq bu tədqiqatlar aparılacaq. İçməli sularda aparılan dezinfeksiya tədbirlərindən sonra da müayinələr müxtəlif mərhələlərdə aparıla bilir. Su nümunələrinin özlərinin götürülməli yerləri var. Çay axacağı, digər çaylara qarışma yerləri və s. var ki, bunları artıq mütəxəssislər bilirlər. Mütləq mənada bu müyinələr aparılmalıdır. Çünki su amili istisna edilmir. Qəti fikir söylənilməsə də, koronavirusa yoluxmada su amili ölkəmizdə istisna edilmir".


Tarix: 15-09-2020, 21:40 Oxunub: 59


Bölməyə aid digər xəbərlər