Erməni hərbçilər üçün 1500 meyit kisəsi verildi

Azərbaycanın Milli Ordusu şəxsi heyət və tank bölmələri, raket-artilleriya qoşunları, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə düşmənə ağır zərbələr endirir. Ermənstanın Müdafiə Nazirliyinin təsdiqlədiyi rəqəmlərə görə, bu günə kimi düşmən aralarında yüksəkçinli zabit və gizir olmaqla, 729 hərbçisini itirib. Reallıqda bu rəqəm ermənilərin təqdim etdiyindən dəfələrlə çoxdur.
QanunXəbər.com Bakıpost.az-a istinadən xəbər verir ki, Ermənistan tərəfinin Qarabağda təqdim ediləndən daha çox itki verməsini təsdiq edəcək daha bir sübut ortaya çıxıb. Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistana Dağlıq Qarabağda ölən hərbçilər üçün 1500 patoloji kisə (meyit kisəsi) təqdim edib. Bu kisələr vasitəsilə ölən erməni hərbçilərin meyitləri cəbhənin müxtəlif istiqamətlərində toplanaraq oradan çıxarılacaq.
Erməni tərəfinə 1500 meyit kisəsinin təqdim olunması əslində işğalçı ordunun minlərlə itki verməsini təsdiqləyir və real rəqəmlərin Ermənistan ictimaiyyətində qorxu yaratmaması üçün gizlədilməsini ortaya qoyur.


Tarix: 20-10-2020, 12:17 Oxunub: 71


Bölməyə aid digər xəbərlər