Azərbaycandan Rusiyaya alma xahişi

“Rosselxoznadzor” yaxın vaxtlarda Azərbaycanın bəzi iri müəssisələrindən pomidor idxalına qoyulmuş qadağanı götürə bilər, lakin tədarükə nəzarət zəifləməyəcək.
Bu barədə “Rosselxoznadzor” qurumun rəhbəri Sergey Dankvertin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli ilə apardığı danışıqların yekunları üzrə məlumat yayıb.
Söhbət “Rosselxoznadzor”un real vaxt rejimində videoinspeksiyasından keçən müəssisələrdən gedir. Bu günədək 9 şirkətlə bağlı bu formatda yoxlamalar aparılıb.
"Bununla yanaşı, Rusiyaya bu məhsulları göndərmək icazəsi olan Azərbaycan müəssisələrinin siyahısının daha da genişləndirilməsi artıq Azərbaycandan Rusiyaya daxil olan pomidorların təhlükəsizliyinin “Rosselxoznadzor”un laboratoriya monitorinqinin nəticələri əsasında mümkün olacaq. Hazırda məhsullar Azərbaycanın 33 müəssisəsindən idxal edilir və qurumun laboratoriyalarında yoxlanılır", - deyə məlumatda bildirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri alma tədarükçülərinin siyahısının genişləndirilməsi xahişi ilə müraciət edib. Hazırda Azərbaycanın 3 müəssisəsindən Rusiyaya alma idxalına icazə verilir.


Tarix: 21-01-2021, 21:04 Oxunub: 67


Bölməyə aid digər xəbərlər