Ermənistan MN də xəritə yaydı – Foto-müqayisə

Azərbaycan Müdafiə Nazirliyi 24 nəfərdən ibarət 2 erməni diversiya qrupunun hansı istiqamətdən dövlət sərhədimizi pozması və hansı ərazidə yaxalanmasını dəqiq faktlarla təqdim edib.
 Azərbaycan MN-in yaydığı məlumatda diversantların ələ keçirildiyi yerin dəqiq koordinatları da verilib və bu koordinatlarla istənilən şəxs hətta “Quql Məp”dən (Google Maps) istifadə edərək ərazini təyin edə bilər. İstifadəçi “Quql Məp”də axtarış pəncərəsinə sözügedən koordinatı - N 40°09′06″ E 45°58′07″ daxil edən kimi ərazini aydın görə bilər: Bura Azərbaycanın sərhədləri daxilindədir.
Bu dəlil-sübut və fakta “cavab verməyə” çalışan Ermənistan MN də “xəritə” yayıb: nə dəqiq koordinat var, nə dəqiq ərazi. Sadəcə, özlərinin hazırladığı bir xəritədir və iddia edirlər ki, ərazi Azərbaycan sərhədləri daxilində deyil.
İki cümlə ilə, heç bir təfərrüat və baş verən olayın detalları açıqlanmadan təqdim edilən xəritə isə olduqca ciddi suallar doğurur və yaxud sübhdən səslənən suallara cavab vermir: öz sərhədləri daxilindəki ərazilərdədirlərsə, istehkamçılar niyə gecə saat 03 və 05-də “istehkam işləri” görürlərmiş? Digər 18 nəfər kimlərdir və onlar “gecə fəaliyyətlərini” hansı arqumentlə əsaslandıra bilərlər?
Erməni diversantların hərəkət istiqaməti müasir sistemlər vasitəsilə əlbəttə ki, qeydə alınıb və Azərbaycan MN hər zaman olduğu kimi yalnız həqiqəti rəsmən elan edir.







Tarix: 27-05-2021, 16:34 Oxunub: 68


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı