12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Koronavirusu “dəfn etdi” - FOTO

Rusiyada qeyri-adi dəfn mərasimi həyata keçirilib. Belə ki, Moskva sakini dəfn mərasimi keçirərək, koronavirusla vidalaşıb.
360 TV-nin məlumatına görə, kişi bunun üçün hətta xüsusi xatirə lövhəsi də sifariş verib. Onun üzərində koronavirusun “doğum və ölüm” tarixi qeyd olunub: XII/2019-VI/2020
Sosial şəbəkə istifadəçiləri aksiya müəllifini nikbin adlandırıblar. Çünki hazırda dünyada COVID-19-a yoluxma halları hələ də qeydə alınır, yoluxanların sayı isə əvvəlki ilə hesabda rekord yeniləməkdə davam edir.
“Bu xəstəliklə bağlı bütün problemləri onu dəfn etməklə həll etmək yaxşı olardı. Ancaq onunla ancaq tibb işçiləri və alimlər bacararlar”, - deyə, istifadəçilərdən biri bildirib.
Digər istifadəçi isə kişini koronavirusu xaçın köməyi ilə qovan keşişə bənzədib.


Tarix: 15-07-2020, 02:03 Oxunub: 105


Bölməyə aid digər xəbərlər