11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Qarabağda əslində nə baş verir? - Ermənilərin planı

Erməni mediası və separatçı-terrorçuların Qarabağda gərginliyin olduğuna dair tirajladığı iddialarının məqsədi diplomatik trafik fonunda aydınlaşır: kənar təzyiqlərlə Bakını razılaşmaların icrası tələbindən geri çəkilməsinə nail olmaq;
- Blinkenin köməkçisi Karen Donfrid Bakı və İrəvana zəng etdi: rəsmi məlumatda qeyd olunmasa da, telefon söhbətində ermənilərin “gərginlik” iddiasının müzakirə edildiyi, yaxud zəngin səbəblərindən birinin bu olduğu bəllidir;
- Avropa İttifaqının bölgədəki xüsusi nümyəndəsi Toivo Klaar “gərginliyin artmasından” narahat olduqlarını açıqladı;
- Rusiya Müdafiə Nazirliyi Azərbaycan ordusunun “atəşkəsi” pozduğu iddiasını yaydı;
Sonuncu dəfə Xankəndinin qazı kəsiləndə ermənilər bu cür “infotəxribat kampaniyası”nı həyata keçirmiş, kənar müdaxilələrə nail olmuşdu. Analoji addımları yenidən atır və üçüncü tərəflərin müdaxiləsinə çalışırlar, çünki Bakı cari olaraq iki məsələnin icrasını tələb edir:
1. Erməni qoşunların Qarabağdan tam çıxarılması:
2. Laçın dəhlizinin alternativ marşruta köçürülməsi (baş separatçı Araikin dünən dediyi fikirlərdən bəlli olur ki, sülhməramlılardan yeni marşrut üzrə hərəkətin təşkil edilməsi istənilib);
Ermənilər “gərginlik” atmosferi ilə tələblərin icrasını ən azı uzatmaq niyyətindədirlər.
Bu kontekstdə Moskvanın zəng trafiki diqqət çəkir.
Putin Paşinyanla üçtərəfli razılaşmaların (10 noyabr, 11 yanvar və 26 noyabr) icrasının praktiki tərəflərini müzakirə etdi, lakin Əliyevlə danışmadı: bu o deməkdir ki, Moskva Əliyevin gündəliyini, bu gündəlikdən geri çəkilməyəcəyini bilir və prosesin irəliləməsi, həm də mümkün gərginliyin olmaması üçün ünvan İrəvandır;
Bakıya zəng Rusiya hərbi rəhbərliyindən gəldi: Şoyqu Zakir Həsənovla Qarabağdakı vəziyyəti müzakirə edib;
Və bu zəng Moskvanın Bakıdan mümkün istəklərinin olduğu fikrini də ön plana çıxarır: erməni qoşunların çıxarılması üçün avqust ayına, Laçın dəhlizinin yeni marşruta köçürülməsi üçün yolun Ermənistan tərəfindəki hissəsinin inşasına qədər zaman istəyə bilərlər;
Azərbaycanın bu məsələlərin məhz indi icra edilməsində israrı səbəbsiz deyil:
Birincisi, erməni qoşunların çıxarılması üçün avqust ayına qədər gözləmək, prosesin imitasiyasına şərait yaratmaq deməkdir: İrəvan çıxarılma prosesini Ermənistandan sonuncu çağırışçının avqust ayında hərbi xidməti başa vurması ilə əlaqələndirir, hərçənd, bunun müddətli hərbçilərin bölgədən çıxarılmasına, zabit və müqaviləli hərbçilərin separatçıların qondarma “müdafiə ordusu” adı ilə qalmasına hesablandığı istisna deyil; kadrlı hərbçilərin separatçıların dəstəsində qalmasında Moskva da maraqlıdır;
İkincisi, Laçın dəhlizinin alternativ marşruta köçürülməsi prosesi 10 noyabr bəyannaməsində qeyd olunan üç ilə - 2023-cü ilə qədər uzadıla bilər:
- İrəvan bəyannaməyə istinadən “1,5 il vaxtlarının qaldığını” deyir, bununla marşrutun dəyişdirilməsi, Laçının, eləcə də hazırkı dəhliz üzərindəki ərazilərin təhvil verilməsinin daxili ictimai rəydə yaratdığı dalğanın qarşısını almağa çalışır;
- Separatçılar daha əlverişsiz hesab etdikləri yeni marşrutdan istifadə etmək, həmçinin, Laçın şəhəri, Zabux və Sus kəndlərində qalan ermənilərin çıxarılmasını istəmir;
- Rusiya Laçın şəhərinin təhvil verilməsi ilə Bakıya qarşı əlindəki kartlardan birinin indi itirilməsində maraqlı deyil;
Bakı hər iki tələbin indi tam icrasına nail olmaqla sonrakı mərhələyə keçmək niyyətindədir:
Zəngəzur dəhlizinin “maneəsiz keçid” prinsipi ilə açılmasına nail olmaq üçün Laçın dəhlizinin eyni rejimlə işləməsi məsələsini gündəmə daşıyacaq və bunu yeni marşrut üzərində etmək imkanı daha böyükdür; erməni qoşunların çıxarılmasına nail olduqdan sonra separatçılarla mübarizənin daxili məsələ olduğu mövqeyini gücləndirəcək;
Hadisələrin inkişafı Bakının 4-cü bəndin icrası və Laçın dəhlizinin yeni marşruta köçürülməsinə indi nail olmaq mövqeyindən geri çəkilməyəcəyini deməyə əsas verir.
Bölməyə aid digər xəbərlər

Tarix: 3-08-2022, 11:43 Oxunub: 109
Bölməyə aid digər xəbərlər
28-04-2022, 16:00
Ermənilərin `DƏMİR YUMRUQ` HƏSRƏTİ... - QAPAZ ALTINA MEYLLƏNMƏ...
21-02-2022, 09:24
Klaar Azərbaycanda səfərdədir
22-11-2021, 10:14
Putinin sərhədləri müəyyənləşdirmək üçün bəhs etdiyi xəritələr üzə çıxdı: SENSASİON DETALLAR - FOTO/VİDEO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 10:39
“Xalq Bank” birinci yarımilin nəticələrini açıqladı
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
10-07-2020, 10:45
İnternetin zəifliyi nə ilə əlaqədardır? - KATV1-dən AÇIQLAMA
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI