Rauf həkimi təkcə Bakıda yox respublikamızda və ondan kənarlarda da çox savadlı, bacarıqlı cərrah-həkim kimi tanıyırlar. Məhz buna görə Dr.Rauf İsmayıla müraciət edən xəstələrin sayı həddindən artıq çoxdur. Mənim də həyat yoldaşımın vəziyyəti çox ağır olduğuna görə Xəzər Klinikasının Akademik ümumi cərrahı Rauf həkimə müraciət etdik. O, həyat yoldaşımı yüksək səviyyədə əməliyyat etdi və biz orada olduğumuz müddətdə şöbənin işçiləri əllərindən gələni etdilər ki, müalicə yüksək səviyyədə getsin. Ona görə də belə qərara gəldim ki, Xəzər Klinikasının həkim – cərrahı Rauf İsmayıl başda olmaqla bütün xəstəxana kollektivinə öz təşəkkürümüzü QanunXəbər.com İnformasiya Agentliyi vasitəsi ilə bildirim. Bu, təkcə bizim yox, Rauf həkimin əlindən şafa tapan yüzlərlə xəstələrin arzusudur. Mənim və övladlarımın hədsiz həyəcanlandığımızı görən Rauf həkim bildirdi ki, narahat olmağa heç bir səbəb yoxdur. Xəstəniz sağalacaq.
Hörmətli redaksiya, artıq həmin həyəcanlı günlər arxada qalıb. Rauf həkimin şəfalı əlləri ailəmizin əvvəlki sevincini özünə qaytarıb...
Təmənnasız, qayğıkeş, xəstəsini bir an belə nəzarətsiz qoymayan, Hippokrat andına həmişə sadiq qalan həkim-cərrah Rauf İsmayıla ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm...
Arzumuz budur ki, təki Azərbaycandakı bütün klinikalarında Xəzər Klinikasında olan diqqət, mehribançılıq, hər işçinin öz işinə peşəkarcasına yanaşması kimi olsun. Onda həqiqətən də xəstələrimiz rufah hallarının ağır olduğu bu vəziyyətdə borc-xərclə müalicə olunmaq üçün daha xarici ölkələrə getməz və onlar öz müalicələrini də məhz ölkəmizdə davam etdirər, tam sağalarlar.
Bölməyə aid digər xəbərlər