Həkim-İnvaziv-kardioloq Dr.Vüqar Zamanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən həkimlərimizdəndir.
İlk dəfə qəbuluna gələn xəstəylə o qədər mehriban, səmimi, sakit, özünəinamlı formada inamla danışır, onu hörmətlə dinləyərək xəstənin ürəyindən keçənləri dilinə gətirmək imkanı verir ki, xəstə öz gələcək həkiminə anındaca inanır, savadlı danışıqlarını dinlədikcə isə onun simasında öz xilaskarını tapdığına əmin olur.
Mən anası və bütün Samirin yaxınları bu cür həkimlər qarşısında baş əyirik. Göydə ALLAH və yerdə Vüqar həkim bizim balamıza elə məhz bizə də, yeni bir həyat bəxş etdi. Belə bir həkimin Azərbaycanda olması ilə şəxsən mən və yaxınlarımız fəxr edirik. Qürurla deyə bilərik ki, Azərbaycanda övladlarımızın və demək olar ki hər bir yaş həddində olan insanların sağlamlıqlarının qayğısına qalan belə bir klinika mövcuddur. Bizdə redaksiya heyətimiz adından çox dəyərli həkim, sözün həqiqi mənasında peşəkar, dəyərli insan Dr. Vüqar Zamanova- Samiri yüksək səviyyədə müalicə etdiyi, onu hər an baş verə biləcək ölümün əlindən aldığı üçün çox təşəkkür edirik.
Səhiyyə sahəsində dəyanətlə çalışan gözəl və şərəfli həkimimiz Vüqar həkimə nailiyyətlərlə, uğurlarla zəngin bir həyat yolu arzu edərək deyirik: Xalqın Vətənin layiqli ziyalısı Vüqar həkim, bir ömür həsr edərək, çalışdığınız bu illər ərzində etdiyiniz xeyirxah əməllərin müqabilində İlahi sizə səhər günəşinin ziyasına boyanan açıq səmalı, xoş müjdəli sabahlar nəsib etsin.
Bölməyə aid digər xəbərlər