12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dr. Gülnar Əhmədovanın fikrincə hər bir insan özünün peşəsinin sağlam ruhlu, döyüşkən və vicdanlı əsgəri olmalıdır













Haqqında qısa şərh təqdim edəcəyimiz həkim-otolarinqoloq Dr. Gülnar Əhmədovanın  şəxsiyyəti və fəaliyyəti əsil örnək yoludur gələcək nəsillərimizə və gənclərimizə. Gülnar həkim sözün əsil mənasında Hippokrat andına sadiq, qabaqcıl və nümunəvi Səhiyyə işçisidir. O, həm bir otolarinqoloq -həkim kimi, həmdə pasientlərin sevimli həkimi kimi ölkənin tanınmış ziyalılarından biridir.
Ona müraciət edən pasientlərin səhhətinin keşiyində dayanan Gülnar Əhmədova da məhz öz üzərinə vəzifə olaraq götürdüyü nəcib peşənin öhdəsindən tam məsuliyyətlə gələrək ictimaiyyətin hörmət və ehtiramını qazanmışdır. Təbiidir ki, hər bir etimadı qazanana qədər insanın yolu müəyyən bir çətinlikdən, müəyyən bir əziyyətlərdən keçir. Əsas odur ki, həmin əziyyətlərə qatlaşaraq digərlərinin fiziki və mənəvi sağlamlığına təmənnasız xidmət edən Gülnar həkimi biz də tanımağımıza çox şad olduq. Nə yaxşı ki, Gülnar həkimin timsalında adını qürurla söyləyə biləcəyimiz əsil Azərbaycan həkimləri vardır.

Xəstələr minnətdarlıq eləyirlər hər zaman
Sizi bəxş edib bizə Yurdumuz Azərbaycan
Xalqımız hər an deyir, Gülnar həkim var olsun
Əziozləriylə birgə xoşbəxt bəxtiyar olsun.

9 saylı Uşaq Poliklinikasının həkim-otolarinqoloqu Dr. Gülnar Əhmədova haqqında redaksiyamıza daxil olan təşəkkür məktublarından birini olduğu kimi oxucu kütləsinin diqqətinə çatdırırırq.

9 saylı Uşaq poliklinikasında  xəstəliyi vaxtında aşkarlanan Leylanın  valideyini olaraq bildirirəm ki, qızım poliklinikaya  daxil olan andan digər tibb müəssisələrindən seçilərək, fərqli abu-hava bizi qarşıladı. Burdakı qarşılaşdığımız nizam intizam, səliqə səhman və stirilizasiya sistemi bir anlıq hətda müayinədə olduğumuzu unutdurur. Mən anası və bütün Leylanın yaxınları bu cür həkimlər qarşısında baş əyirik. Göydə ALLAH və yerdə Gülnar həkim  olmaqla mənim qızıma dəqiq diaqnoz qoymaqla bizə də, yeni bir həyat bəxş etdi. Belə bir müəssisənin Azərbaycanda olması ilə şəxsən mən və yaxınlarımız fəxr edirik. Qürurla deyə bilərik ki, Azərbaycanda övladlarımızın və demək olar ki hər bir yaş həddində olan insanların sağlamlıqlarının qayğısına qalan belə bir poliklinika mövcuddur.

Biz də öz növbəmizdə şərəfli bir həyat yolu seçmiş və insanlıq keyfiyyətlərini özündə birləşdirmiş alicənab-insan Gülnar Əhmədovaya ilahinin bəxş etdiyi ömrü sağlam və gümrah yaşamağı arzulayırıq.


Tarix: 21-10-2020, 01:47 Oxunub: 231


Bölməyə aid digər xəbərlər