Yüksək ixtisaslı həkim-terapevt Zəngilan rayon Mərkəzi Xəstəxanası - Publik Hüquqi Şəxsin direktoru Taryel Salmanovun nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Dr. Salmanovun məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir.
Əziz oxucular mövzudanda artıq sizlərə bəlli oldu ki, bu gün sizlərlə tanış edəcəyim şəxs Zəngilan rayon Mərkəzi Xəstəxanası - Publik Hüquqi Şəxsin direktoru Taryel Salmanovdur. Taryel Salmanovla tanışlığım illər öncəyə təsadüf edir. İlk təəsüratımda həkimin çox mehriban,qayğıkeş və ən önəmlisi savadlı olması diqqətimi çəkmişdi. Taryel həkim bu çətin və eyni zamanda məsuliyyətli işində hər zaman xəstələrinə diqqətlə yanaşır, dinləyir, dərdlərinə əlac olmağa çalışır və heç kəsi naümid buraxmır..
Redaksiyamıza daxi olan məktubların birində Dr. Salmanov haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı.
Peşəkar həkiminin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır. Bu gün Bakı sakinləri və hətta qonşu rayonlardan da Taryel həkimin yanına xəstələr gəlir və şəfa tapırlar. Onu insanlara bu qədər doğma edən isə məxsusi keyfiyyətləridir. Taryel həkim hər bir xəstənin öz dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır.
Biz də redaksiya heyəti olaraq öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən həkim-terapevt Taryel Salmanova həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayırıq.
Bölməyə aid digər xəbərlər