16:00 / 28-07-2026
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
15:30 / 28-07-2026
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
14:22 / 28-07-2026
Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
14:10 / 28-07-2026
Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:00 / 28-07-2026
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Əməkdaşlığın yeni perspektivləri
Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur. Azərbaycan qazı yeni mənbədir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib.Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir. Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər.Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var.Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir.
Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Bu, əlavə maliyyələşmə, təcrübə deməkdir və beynəlxalq əməkdaşlığı genişləndirəcəkdir. Gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır. “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-03-2024, 13:18 Oxunub: 63
Bölməyə aid digər xəbərlər
4-03-2024, 12:22
Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir
1-03-2024, 14:49
Gülüstan sarayında mühüm iclas: Prezident çıxış edib - YENİLƏNİB
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
9-02-2023, 11:58
Kamaləddin Qafarov: “Enerji təchizatının şaxələndirilməsi zəruridir”
3-02-2023, 12:38
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edib - YENİLƏNİR - FOTO/VİDEO
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
3-06-2022, 10:21
Aqiyə Naxçıvanlı: “Azərbaycanın enerji siyasəti regionun təhlükəsizliyinə xidmət edir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
7-07-2020, 16:49
AQTA 95 müəssisədə qayda pozuntusu aşkarladı - SİYAHI