11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Putinin səfərindən sonra sürpriz qərar: Bakı rəsmən bəyan etdi - NƏ BAŞ VERİR?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Azərbaycan BRİKS-ə üzvlük üçün rəsmən müraciət elədi. Sizcə, bu quruma üzvlük ölkəmizə nə verəcək və xarici siyasətimizdə hansı dəyişikliyə yol açacaq?
- Azərbaycanın xarici və təhlükəsizlik siyasətinə uyğundursa, o təşkilatla əməkdaşlığa üstünlük vermək olar.
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunda təmsil olunur, səhv eləmirəmsə, ora da üzvlük üçün müraciət edilib. BRİKS bir qədər fərqli təşkilatdır, bu qurumu böyük dövlətlər yaradıblar. Söhbət Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrika Respublikasından (CAR) gedir. Amma son illərdə bir neçə dövlət də qoşulub, onların arasında qonşu İran da var.
Sadaladığım dövlətlərin bir qismi ilə Azərbaycanın tərəfdaşlığı mövcuddur. Məsələn, Rusiya, Çin. Münasibətlərimizdəki suallara baxmayaraq, İran qonşumuzdur. Hətta CAR-la hərbi sənaye kompleksi ilə bağlı müəyyən təmaslarımız olub. Buna görə də, BRİKS-ə maraq anlaşılandır, yetər ki, orada münasibətlər bərabərhüquqlu olsun, yəni bizimlə də hesablaşsınlar. Durum belə olacaqsa, üzvlüyə müsbət yanaşmaq olar.
Nə vaxt qəbul edib-etməyəcəkləri başqa məsələdir. İndi Rusiya ilə Çin çoxqütblü dünya yaratmaq istəyirlər, ABŞ-ı zəiflətməyə çalışırlar. Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS də bu həmlələrdən biridir. Amma BRİKS-in digər üzvləri Çin və Rusiya ilə əməkdaşlıqları olsa da, ABŞ-la da əməkdaşlıqdan imtina etməyiblər. Məsələn, Hindistan həm Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür, həm də BRİKS-in, amma Çinlə münasibətlərində xeyli sualları var, aradan gərginlik hökm sürür. Hətta yaxınlarda Dehlidə “Qlobal Cənub” adlı virtual konfrans keçirildi, amma Çini dəvət eləmədilər. Hindistanın ABŞ-la da sıx əməkdaşlığı var. Amerika da Hindistanı özünün strateji tərəfdaşı sayır.
Azərbaycanın da BRİKS-ə üzvlüyü o demək olmayacaq ki, biz Qərb və ya ABŞ-la əməkdaşlıqdan üz döndəririk. Belə deyil. Bizim Amerika ilə təhlükəsizlik və enerji sahələrində əməkdaşlığımız davam edir. Avropa Birliyi də əsas ticarət tərəfdaşlarımızdan biridir.
- Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü də gündəmə gətirilib. Rusiyanın media qurumları və analitikləri bu məsələnin də Moskva və Bakı arasında müzakirə olunduğunu iddia edirlər. Bu yöndə hansı gəlişmə ola bilər?
- Bu da diqqətlə araşdırılmalıdır. Torpaqlarımız işğalda olanda mən Azərbaycanın bu təşkilata üzvlüyünün əleyhinə idim. Amma indi ərazi bütövlüyümüzü, Qarabağ və Şərqi Zəngəzurda suverenliyimizi bərpa etmişik. Avrasiya İqtisadi Birliyi də adından da məlum olduğu kimi, iqtisadi qurumdur. Yəni bu məsələyə baxıla bilər – müşahidəçi kimi və ya başqa formada.
Amma Avrasiya İqtisadi Birliyi olmadan da bizim Rusiya ilə ticari-iqtisadi əlaqələrimiz genişlənir, bunu Bakıda Putin də təsdiqlədi. Təşkilata üzv olan Mərkəzi Asiya ölkələri ilə də sıx əlaqələrimiz var.
Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü üçün Ermənistanla sülh müqaviləsi olmalıdır. İndiki durumda Azərbaycan üzvlük üçün müraciət eləsə, Ermənistan təşkilatın üzvü kimi buna mane olmağa çalışardı. Yəni bunun üçün Ermənistanla Azərbaycan arasındakı məsələlər həll edilməlidir. Amma mən hesab etmirəm ki, indiki dövrdə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü bizim üçün aktualdır.
- Həmçinin Putinin səfərindən sonra Rusiyada Cənubi Qafqazda konfiqurasiya dəyişikliyindən danışmağa başlayıblar. Bir səfərlə belə bir dəyişiklik mümkündürmü?
- Putinin Azərbaycana səfərini çox da şişirtmək lazım deyil. Putinin başı dərddədir, Ukraynada ilişib qalıblar. İki il əvvəl bir həftəyə Kiyevi götürəcəklərini deyirdilər, amma heç Donbasın inzibati sərhədlərinə çıxa bilmirlər. Rusiya çaşqın vəziyyətdədir. Biz bu məsələlərdə diqqətli olmalıyıq.
Əlbəttə, Rusiya ilə tərəfdaşlıq münasibətləri davam etdirək, Şimal-Cənub nəqliyyat dəhlizində iştirak edək, amma bilməliyik ki, Moskvanın başı dərddədir. Rusiyanın bu gün Azərbaycana ehtiyacı var, nəinki Azərbaycanın Rusiyaya. Putin buna görə Bakıya gəlmişdi. Şimal-Cənub nəqliyyat dəhlizini işə salmaq və Azərbaycana qaz satmaq istəyirlər. Yəni düşünmürəm ki, Rusiya Cənubi Qafqazda möhkəmlənir.
Hazırda Rusiyanın başı Ukraynada qarışıb, Ermənistan da ondan uzaqlaşmağa çalışır. Azərbaycan Rusiya ilə tərəfdaşlığa baxmayaraq, biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, ona humanitar yardım göndəririk və Qərblə də əməkdaşlıqdan imtina etmirik.
Rusiya-Azərbaycan münasibətlərinin 200 illik tarixi var. Bu tarixdə qaranlıq səhifələr çoxdur. Rusiya İmperiyası həmişə Azərbaycana təzyiq etməyə çalışıb. “Erməni məsələsi”ni ortaya atan və Ermənistanı yaradan da Rusiya İmperiyasıdır. Erməniləri Qarabağ Xanlığına köçürüb başımızı dərdə soxan da onlardır. Biz bütün bunlardan dərs almışıq. Yenə deyirəm: Rusiya ilə münasibətlərdən imtina etmirik, davam etdiririk, ortaq layihələri reallaşdırmağa çalışırıq, amma biz Rusiyanın müttəfiqi ola bilmərik.
Putinin Bakı səfəri Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi anlamına gəlmir. Düzdür, Putin Bakıda belə bir cümlə də işlətdi ki, Rusiya tarixən Cənubi Qafqazda olub. Rusiya tarixən bir çox yerlərdə olub, amma indiki vəziyyəti Rusiyaya kiməsə nələrisə diktə etməyə imkan vermir.
Bölməyə aid digər xəbərlər

Tarix: 22-08-2024, 15:30 Oxunub: 43
Bölməyə aid digər xəbərlər
12-01-2024, 09:20
BBC Vardanyanı “yıxıb-sürüdü”... - Sensasion faktlar
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
15-05-2023, 08:09
Səslərin 99.86%-i sayıldı: rəsmi nəticələr - CANLI - YENİLƏNİR
1-04-2023, 09:30
Dünyanı dağıdacaq ssenari işə düşüb, bəzi ölkələr məhv olacaq: Çin niyə qlobal savaş anonsu verdi
22-03-2023, 08:49
Çin savaşa qatılır, Kreml "Si notu"nda rəqs edəcək: Rusiya "kiçik qardaş"a çevrilir
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI