12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Arşavir Qaramyan: Ermənistan xəritədən silinib

Ermənistan bir subyekt kimi dünyanın siyasi xəritəsindən silinib, yalnız fiziki xəritəsində qalıb.
QanunXəbər.com Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Birinci Qarabağ müharibəsinin canilərindən, düşmən ölkədə “qəhrəman” kimi tanınan Arşavir Qaramyan Feysbuk statusunda yazıb.
Onun sözlərinə görə, Ermənistanda baş verən daxili və xarici proseslərə dünya birliyinin biganə münasibəti və erməni xalqına edilən qəsdlər onun dediklərini sübut edir.
“Əsas oyunçuların bir hissəsinin siyasi meydanda “plan” hazırladığı bir vaxtda, digər kəsim “A planı” və “B planı”nın həyata keçirilməsi ilə məşğul olur”, - deyə o əlavə edib.
Qeyd edək ki, Arşavir Qaramyan Qarabağ müharbəsində fəallığı ilə seçilən cinayətkarlardan olub. Əsgəran rayonunun Qarabulaq kəndindən olan bu adam Şuşa və Laçının işğalında ciddi rol oynayıb. Müxtəlif dövrlərdə o, qondarma qurumun “polis rəisi”, “baş prokuroru”, “təhlükəsizlik xidmətinin rəhbəri” “vəzifələrində” çalışıb.


Tarix: 22-02-2021, 07:41 Oxunub: 138


Bölməyə aid digər xəbərlər