10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
“Caliber”in araşdırması: Ordumuz sərhədlərin müəyyənləşdirilməsi həllinin yaxınlaşmasına nail oldu - VİDEO

Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəisi, general-mayor Arşak Karapetyanın bir sıra absurd və primitiv təxribatları ötən ilin noyabrında üçtərəfli sülh sazişinin imzalanmasından sonra regionda bərqərar olmuş sülhün nə qədər kövrək olduğunu göstərdi.
Ermənistan tərəfindən ilkin razılaşmaların bəndlərinin gecikdirilməsi, sonra isə yerinə yetirilməməsi (hansı ki, münaqişədən sonrakı dövrdə uzunmüddətli qarşıdurmanın davamlı regional sülhə çevrilməsi üçün bir növ transformatora çevrilməli idi) siyasi həllin mahiyyətini təhlükə altına qoydu.
Ermənistan hakimiyyəti iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı ilk növbədə dialoq yolu ilə yekun qərar vermək əvəzinə, ənənəvi Paşinyan imitasiyasına əl atır. Ermənistan hökumətinin Azərbaycanın Qazax rayonunun işğal altında olan kəndlərini, Tovuz və Gədəbəyin ayrı-ayrı hissələrini, yaxud Naxçıvanın Kərki kəndini azad etməsini ləngitməsinin əsl səbəbi nədir? Azərbaycan Silahlı Qüvvələri elə edə bilər ki, Ermənistanla bütün ərazi məsələlərinin tezliklə siyasi həlli bu uğursuz formasiyanın hər bir vətəndaşının yeganə tələbi olsun. Bunu yaxın tarix göstərdi…
Kapitulyasiya elan edən ölkənin çarəsizliyinin bütün mənzərəsini təsvir etmək və Azərbaycan ordusuna qarşı son qanlı təxribatın şübhəli nəticələrini öz vətəndaşlarına faktlarla göstərmək üçün “Caliber” layihəsinin komandası yenidən öz mənbələrinə müraciət edərək ölkələrimiz arasında dövlət sərhədinin ədalətli şəkildə bərpa edilməli olduğu yerdə Ermənistan üçün hazırkı acınacaqlı mənzərəni ümumiləşdirib.
Belə ki, Arşak Karapetyanın Qaragöl gölündə peyda olmasından və Azərbaycan Silahlı Qüvvələrinin təchizat yollarına qabion postu quraşdırmaq barədə həyasızcasına planından sonra Ermənistan ordusunun dörd dayaq məntəqəsi hərbçilərimizin nəzarətinə keçib. Demək olar ki, iki gün sonra, noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri daha iki postu zəbt edərək, düşməni qayıtmaq və ərazidəki istənilən prioritet əraziləri zəbt etmək imkanından məhrum edib.
Ustalıqla həyata keçirilən və ən əsası, qansız yerdəyişmənin nəticəsində cənub-şərq istiqamətində Çilligöl, Ermənistanın Verişen kəndi və Gorus şəhəri istiqaməti, həmçinin qərb istiqamətində göstərilən koordinatlara bərabər məsafədə - Şəki və İşxanasar şəhərlərinə vizual müşahidə və birbaşa atəş təsiri sektorları genişləndi.

Sonuncu deyilənlər ordu hissələrimizin dəniz səviyyəsindən 2794 metr hündürlükdə olan Kilsəli dağını və dövlət sərhədinin göstərilən perimetri boyunca bir sıra adı açıqlanmayan strateji əhəmiyyətli yüksəklikləri tutması nəticəsində mümkün olub. Bunun sayəsində gölün şimal hissəsinə - Böyük İşıqlı vulkanik dağının arxasına aparan kommunikasiya yollarının təhlükəsizliyini təmin etmək və Sisian-Gorus avtomobil yolunun hissəsini birbaşa vizual nəzarətə götürmək mümkün oldu.

Bu, Azərbaycan Silahlı Qüvvələrinə strateji zərurət yaranarsa, Ermənistanın bütün cənubunu paytaxtdan ayırmağa, Naxçıvana onsuz da qısa olan boğazı daraltmağa və ya de-fakto olaraq Laçın dəhlizinə çıxışı lokal şəkildə bağlamağa imkan verir.

Qeyd etmək lazımdır ki, bütün bu yerdəyişmələr və infrastruktur təkmilləşdirmələri qar yağıntılarından əvvəl aparılıb, bu isə, yamac ərazi boyunca təchizat yollarının təhlükəsizliyini təmin edir.
Erməni revanşistlərin noyabrın 16-da Azərbaycanın yeddi hərbçisinin ölümü və 10 hərbçisinin yaralanması ilə nəticələnən təxribatına baxmayaraq, ordumuz ölkələr arasında təbii sərhəd baryeri olan Şərqi Göyçə dağ silsiləsi üzərində tam nəzarətin qurulması ilə bağlı möhtəşəm planı sona qədər uğurla həyata keçirdi.
Məhv edilənlərin və əsir götürülmüş diversantların sayını bu günə kimi rəsmən elan edə bilməyən düşmənə sarsıdıcı dərs verən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qarşıya qoyulan bütün tapşırıqları şərəflə yerinə yetiriblər. Xüsusən qeyd edək ki, düşmənin qənimət kimi götürülən silah-sursat, nəqliyyat vasitələri və texniki vasitələri arasında təkcə sərhəd xəttində növbə çəkmək üçün deyil, həm də məhz diversiya-terror fəaliyyətlərinin aparılması üçün istifadə olunan nümunələr də var.
Nəticədə, Kəlbəcər istiqamətində yalnız bir hissədə, ən hündür nöqtəsi dəniz səviyyəsindən 3008 metr yüksəklikdə olan Qatarqaya dağından başlayaraq, Şərqi Göyçə dağ silsiləsi boyunca cənub adsız yüksəklikləri və dəniz səviyyəsindən 2900 metr yüksəklikdə olan Dəmirdağ dağına qədər Azərbaycan ordusu bütün strateji əhəmiyyətli nöqtələri tutaraq yeni dayaq məntəqələri yaratdı. Qısa müddət ərzində onlara rabitə yolları və təhlükəsiz daimi təchizat yolları çəkildi. Terror və təxribat aktları törətmək üçün düşmənin ərazimizə daxil ola biləcəyi ərazilərdə nəzarət quruldu.
Qərbi Azərbaycanın Zod, Azad, Zərkənd, Nərimanlı kəndləri bütün yol infrastrukturu ilə, yəni məhz Basarkeçər-Zod yolu hazırda Silahlı Qüvvələrimizin tam atəş nəzarəti altındadır. Yüksəkliklərdə qurulan yeni dayaq məntəqələri sayəsində Azərbaycanın Kəlbəcər rayonunun bir neçə kəndinin təhlükəsizliyi təmin edilib.

Qeyd edək ki, bölmələrimiz tərəfindən dövlət sərhədində mühüm məntəqələrin tutulması ilə paralel olaraq düşmənin əldəqayırma, yük maşınlarının kuzovunda yaradılan postları və sığınacaqları məhv edilib.
Eyni silsilə boyu dəniz səviyyəsindən müvafiq olaraq 3036 və 3051 metr hündürlükdə olan Kumurdağ və Kömürdağ dağlarının tutulması Azərbaycan Silahlı Qüvvələrinin Əzizli kəndi və Qərbi Azərbaycanın Nərimanlı kəndinə gedən yol istiqamətində vizual müşahidə və birbaşa atəş təsiri sektorlarını genişləndirməyə imkan verib, cənubda olan Maraldağına qədər 3426 metr hündürlükdə olan Kötüdağ və ətrafdakı adsız yüksəkliklər üzərində tam nəzarətin yaradılması mövqelərimizə cinahdan gələn təhlükələri neytrallaşdırıb.
Sərhəddə strateji əhəmiyyətli yüksəkliklərin tutulması əməliyyatının başa çatmasından sonra Yuxarı Şorca və Aşağı Şorca kəndləri, habelə onların Qərbi Azərbaycanın Daşkənd kəndi istiqamətində lokal avtomobil yoluna yeganə çıxışı ovuc içi kimi görünməyə başladı. Ordumuz qarşıya qoyulan tapşırıqları yerinə yetirməklə yanaşı, həm də ətraf ərazinin tam təhlükəsizliyini təmin edib, yeni dayaq məntəqələrinin daimi və fasiləsiz təchizatını yoluna qoyub.

Sadə dildə desək, demək olar ki, bütün əsas yol qovşaqları və giriş yolları, eləcə də sərhədə çox yaxın kəndlər bundan sonra silahlı qüvvələrimizin cəza tədbirləri görə biləcəyi qədər əlçatan məsafədədir.
Düşmənin təxribatlarına baxmayaraq, silahlı qüvvələrimiz demək olar ki, cəmi iki-üç günə sərhədlərin demarkasiyası və delimitasiyasının həllinin daha çox yaxınlaşılmasına nail oldular. Bununla regionda hərtərəfli sülhə gedən yolları sadəcə, məsafə baxımından deyil, zaman baxımından da yaxınlaşdırdı...
Bölməyə aid digər xəbərlər

Tarix: 26-11-2021, 10:17 Oxunub: 74
Bölməyə aid digər xəbərlər
26-11-2021, 09:44
Ermənistan üçün son şans, yoxsa son... - gözlər Soçidə
22-11-2021, 10:14
Putinin sərhədləri müəyyənləşdirmək üçün bəhs etdiyi xəritələr üzə çıxdı: SENSASİON DETALLAR - FOTO/VİDEO
18-11-2021, 10:00
Paşinyan rəsmi Bakıya niyə sülh sazişi təklif etdi: Onun atəşkəsə qarşılıq önəmli sənədə imza atdığı iddia edilir
16-11-2021, 09:00
İlham Əliyev tələb etdi, Paşinyan qovdu: Rəsmi Bakı erməni müdafiə nazirini dəyişdirdi
13-08-2021, 15:00
“Böyük Qayıdış"a mane olmaq istəyənlərin planları iflasa uğrayacaq
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 17:55
Tovuz döyüşlərinin dərsləri - TƏHLİL
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək