12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İlham Əliyev: “Aİ ilə imzalanmış memorandum enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsidir”

İlham Əliyev: “Aİ ilə imzalanmış memorandum enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsidir”


“Keçən ay Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Düşünürəm ki, bu sənədin imzalanması bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox mühüm addım idi”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı söyləyib.

“Bu memorandum enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır. Bu sənədə əsaslanaraq deyə bilərəm ki, biz Avropaya təbii qaz ixracımızı iki dəfə artırmağı planlaşdırırıq. Əminəm ki, buna nail ola biləcəyik, - deyə dövlətimizin başçısı vurğulayıb.

Tarix: 2-09-2022, 12:54 Oxunub: 19


Bölməyə aid digər xəbərlər