Rusiya G7-yə qayıdacaqmı? - Medvedyev

Rusiya Böyük Yeddiliyə (G7) qayıtmaq istəmir, bu formatın perspektivi yoxdur.
QanunXəbər.com  xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev çıxış edib.
"G8 formatı 1998-ci ildən bəri mövcuddur. 2014-cü ildə Krımdakı hadisələrin fonunda onun üzvləri Soçidəki növbəti zirvəyə getməmək barədə qərar verdilər və Rusiyasız Brüsseldə G7 formatında toplandılar. 2020-ci ildə Donald Tramp ABŞ prezidenti olaraq, G7 toplantısını yaydan sentyabr ayına qədər təxirə saldı və orada da Rusiya olmaqla, 4 əlavə ölkəni dəvət etmək istədiyini bildirdi. Ancaq G7 zirvəsi heç vaxt baş tutmadı.
Bir sıra ən vacib ölkələr oradan geri çəkildi. Biz orada iştirak etmirik, çünki bir anda bloklanmışdıq. İndi ora qayıtmaq üçün xüsusi bir istək yoxdur. Bütün bunları lazımsız hesab etdiyimizə görə deyil, sadəcə bu cür müzakirələrin legitimliyi zəif olduğuna görə. Yaxşı, iqtisadi məsələləri müzakirə etdik, amma G7-də olmayan Hindistan və Çin kimi böyük oyunçular var. Ümumiyyətlə, iqtisadi sahədə dünyada kifayət qədər ciddi oyunçuyuq. Ancaq onlarla müzakirə aparmırıq - mənası nədir?" - Medvedyev qeyd edib


Tarix: 2-02-2021, 06:26 Oxunub: 51


Bölməyə aid digər xəbərlər