Beynəlxalq valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən orta qiyməti Amerika Mərkəzi Bankının (FED) çərşənbə günü edəcək önəmli açıqlamalar öncəsi dəstək görüb.
EUR/USD və GBP/USD məzənnələri də müvafiq surətdə ucuzlaşıblar. Avro 1.21, funt sterlinq isə 1.39$-ın altında qalarsa, ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, maliyyə bazarlarında "FOMC"-nin sürpriz addımlar atmayacağı təqdirdə, dolların ucuzlaşmaqda davam edəcəyi də ehtimal edilir. FED siyasətində ciddi dəyişiklik etməsi üçün yay aylarına kimi fundamental göstəriciləri gözləməyi seçə bilər.
USD/TRY məzənnəsində isə artım dalğası fonunda korreksiya müşahidə edilsə də, USD/JPY məzənnəsində yuxarıdaki tendensiyaya uyğun bahalaşma müşahidə edilib. Lakin lirə üzrə təhlillərin nəticələri də 8.40, 8.48TL-lərin sınanılacağı ağırlığındadır.
Əmtəə birjalarında "OPEC Plus"-un çərşənbə günü baş tutacaq toplantısı öncəsi Brent nefti 66$-a kimi dəyər qazanıb. Önəmli müqavimət səviyyəsi isə 67$-dır.
Qızılın qiyməti fonunda investorlar son artım dalğası üzrə korreksiyanın cari səviyyələrlə kifayətlənəcəyi yoxsa1750$-a kimidərinləşəcəyi sualları arasında qalıblar.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Bölməyə aid digər xəbərlər