Ramiz Mehdiyev direktorları tənqid etdi: Özbaşınalıq...

Pandemiya dövründə elmi fəaliyyətin tam təşkili mümkün olmayıb. Bununla belə işlərimiz davam etdirilib. Çox təəssüflə qeyd edim ki, bəzi institut direktorları islahat keçirməyə maneə yaradırlar. Həmin şəxsləri xəbərdar edirəm, Akademiyada islahat olmalı, cənab Prezidentin göstərişləri yerinə yetirilməlidir.
QanunXəbər.com Virtualaz.org-a istinadla xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin iclasında çıxışında deyib.
R.Mehdiyev xüsusi vurğulayıb ki, Elmlər Akademiyasında olan nöqsanlar aradan qaldırılmalıdır:
“Ötən illərdə çatışmazlıqların ortaya çıxmasına səbəb olan amillər arasında birinci yeri qeiri-kamil idarəetmə sistemi tutur. Zəif və pərakəndə idarəetmə, məsuliyyətsizlik, zəif tələbkarlıq Akademiyada ciddi problemlərə və özbaşınalığa səbəb olub. Aparatın şöbələrində rəhbər vəzifələrdə olan kimlərsə ayrı-ayrı şəxslərin təsiri altında olublar. Yersiz mübahisələr, məsuliyyətin bir-birinin üstünə atılması, dedi-qodu kimi hallar məni dərindən narahat edir. Rəhbərliyin bəzi nümayəndələrində də belə hallar müşahidə olunur. Bu xəstəlikdən əziyyət çəkənlər bundan imtina etməlidirlər".


Tarix: 28-05-2021, 07:10 Oxunub: 50


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı