Səhiyyə həqiqətən qiymətli bir sahədir. Hər bir sahədə olduğu kimi səhiyyədə də qazanılan nailiyyətlər müstəqil dövlətimizin daha güclü olmasına təkan verir. Cərrah-ginekoloq, Nigar Abbasova ömrünün ən maraqlı və mənalı həyat səhifələrini səhiyyənin tərəqqisinə həsr edibdir.
15 ilə yaxın davam edən çoxillik və səmərəli həkimlik fəaliyyəti dövründə öz gərgin əməyi, zəngin bilik və təcrübəsi ilə minlərlə əlacsız xəstəyə şəfa vermiş, yüzlərlə xəstəni yenidən həyata qaytarmışdır.
Yaşının bu çağında tükənməz enerji ilə işləyən Nigar xanım demək olar ki, sutkanın neçə-neçə saatını cərrahiyyə əməliyyatlarında olur. Əməliyyatı isə sıradan olmur, xəstənin daxili orqanlarına o qədər ehtiyyatla, həssaslıqla və bir zərgər dəqiqliyi ilə yanaşır ki, Nigar xanım. Xəstə orqanları kəsib atmağa yox, mümkün qədər qoruyub saxlamağa çalışır, qadına dünyanın ən böyük sevincini yaşadıb onu ana edən mühüm orqanını kəsib çıxarmağa deyil, saxlamağa, bacardıqca müalicə etməyə daha çox üstünlük verir. Bir sözlə,o, misilsiz həkim, əlləri qızıla bərabər peşəkar cərrahdır.
Dr. Abbasovaya ünvanlanan təşəkkür məktublarının bir neçəsini oxucu kütləsinin diqqətinə çatdırırıq:
Mənim özü kimi qəlbi də gözəl həkimim, sizə nə qədər təşəkkür etsək azdı. 9 ay əziyyətimizi çəkdiniz, sizin sayənizdə mən hamiləliyimi başa vurdum sona qədər bizə dəstək oldunuz,sırf sizin üçün hər ay Gəncədən gəlib müayinə olub qayıtdıq, çünki sadəcə sizə etibar etdik, güvəndik sadəcə sizin savadınıza, insanlığınıza, səmimi söhbətlərinizə. Bizə dünyaları bəxş etdiniz, sizə nə qədər təşəkkür etsək azdı. Biz sizi çox sevirik.
Sizdən xahiş edirəm ki, Nigar Abbasova kimi dəyərli həkimlərimizin qədrini bilək, onların layiqli dəyərini verək.
Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Ailəmizə sevinc bəxş edən Nigar həkimə, Azərbaycan Tibb Universitetinin tədris Cərrahiyyə Kliikasının– personalına dərin təşəkkürümü bildirir, hər birinizə şəfalı əlləriniz var olsun deyirəm.
Bölməyə aid digər xəbərlər