Dr. Abbasəli Abbasəliyev- Azərbaycan xalqı sizinlə fəxr edir!

Həkimlik çox nəcib və məsuliyyətli peşədir, insanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq isə müqəddəs və şərəfli bir vəzifədir.
Respublikamızda invaziv kardiologiya üzrə ilk yerli mütəxəssis. Respublika Müalicə Diaqnostika Mərkəzinin Kadiologiya şöbəsinin müdiri, Azərbaycan Kardiologiya Cəmiyyəti idarə heyətinin üzvü, tibb elmləri namizədi Abbasəli Abbasəliyev Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələrini bəxş etməklə bərabər, həm şərəfli həkim adını uca tutur, həm də hər kəsin səhiyyəmizə olan inamının artmasında mühüm rol oynayır. Dr. Abbasəliyevin zəngin iş təcrübəsi, bacarığı, dərin elmi biliyə malik olması, hər kəsə qarşı xoş, səmimi, yüksək insani münasibət bəsləməsi və s. kimi halların varlığı, həkim nüfuzunu artıran əsas amillərdir.
QanunXəbər.com İnformasiya Agentliyinə bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Abbasəli həkimə edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq. 
 Hörmətli redaksiya!
Dr. Abbasəliyevə ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm. Müalicə və əməliyyat olunduğum müddətdə qayğıma qalan, tez sağalmağım üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarlarıma deyirəm: Şəfalı əlləriniz var olsun.
Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən Abbasəli həkim şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb, ailəsinə sağlamlığı hədiyyə edəcək. Ulu Tanrıdan sonra yaranmışların ən alisi olan insanı sağlamlığa qovuşduran, ona ikinci həyat bəxş edən, bu müqəddəs və şərəfli olduğu qədər də çətin peşənin yetişdirib cəmiyyətimizə bəxş etdiyi, həkim adını ləyaqətlə daşıyan, ona ucalıq gətirən şəxsiyyətlərdən bir olan Dr. Abbasəli Abbasəliyevə Azərbaycan xalqı adından təşəkkür etməyi borc bildik.


Tarix: 4-02-2021, 06:16 Oxunub: 196


Bölməyə aid digər xəbərlər