Dr. Xoşqədəm İbadova - Həkimlik peşəsi şərəflidir ona görə ki, insanın sağlam həyat yaşamasına xidmət edir.

Həkimlik sənətinin nə qədər ağır və şərəfli bir peşə olduğunu hamımız yaxşı bilirik. Onu da yaxşı bilirik ki, həkimlik sənəti eyni zamanda çox məsuliyyətli bir sənətdir. Yəni insan həyatı sənə etibar edilir, gərək sən də bu etibarı layiqincə doğrulda biləsən. Həkimlik sənətinin incəliklərini əslində bir həkimdən eşitmək daha doğru olardı. Elə mən də bu barədə Biomed Spektr Klinikasının həkim-pediatrı Xoşqədəm İbadovadan açıqlamasını xahiş edirəm: 
Həkim olmaq sasndır, yəni oxusan, həkim ola bilərsən. Ancaq yaxşı həkimmi olarsan, onu bilmək çətindir. Düzdür, universitetdə, akademiyada hər şeyi öyrədirlər, insanın bədənini qarşına qoyurlar, onun incəliklərin anlatmağa başlayırlar. Ancaq bunlardan da ən vasibi təcrübədir. İnsan təcrübədə daha yaxşı öyrənir, xəstələrlə münasibətdə öyrənir. Belə ki, bir insanı dinləmək, onun xəstəliklərini araşdırmaq, dəqiq diaqnoz qoymaq həqiqətən çətindir. Bəzi həkimlər var ki, onlar heç xəstəni dinləmək bacarığına da malik deyillər. Elə buna görə də müəyyən vaxt keçəndən sonra belə həkimlər sıradan çıxırlar. Əsl həkimlər, əsl sənət, peşə sahibləri isə elmin dalınca gedirlər. Çünki elm olan yerdə ucalmaq mümkündür. Elm insanı ucaldır, zirvələrə daşıyır. 
İnsan sevdiyi hər hansı peşəsi ilə məşğul olarsa, dünyada onun sevdiyi peşəsindən gözəli olmur. Biz hər zaman bütün peşələrin gözəlliyindən danışsaq da, amma nədənsə müqəddəs və şərəfli peşə dedikdə hər kəsin ağlına ilk olaraq müəllimlik və həkimlik peşəsi gəlir. Müəllimlik peşəsi müqəddəsdir ona görə ki, bütün peşələrin məktəbi müəllimlə başlayır, müəllim o peşələrə yiyələnməyin yollarını insanlara öyrədir, əxz edir. Həkimlik peşəsi şərəflidir ona görə ki, insanın sağlam həyat yaşamasına xidmət edir.
Mən həkimlik sənətini elə-belə seçməmişəm, onun vurğunu olmuşam. Elə bilirəm ki, dünyaya yenidən gəlsəm, yenə də həkim olaram. Bir xəstəni sağaltmaq, onu yenidən həyata qaytarmaqdan gözəl nə ola bilər ki!
Mən həqiqətətn sənətimin vurğunuyam. Xəstələrimlə yaşayıram, onların sağlamlığı mənim də sağlamlığımdır. Uzun illərdir burda işləyirəm. İnşallah, burdan da təqaüdə yollanaram.
 


Tarix: 22-04-2021, 16:27 Oxunub: 362


Bölməyə aid digər xəbərlər