Dr.Zakir Abıyev-“Hippokrat andı”na sadiq qalan və bu gün Azərbaycan səhiyyəsinin inkişafında dərin iz buraxan həkimlərimizdən biri hesab olunur. Bu günə kimi onun şəfalı əllərindən məlhəm alan hər kəs, həm ona hörmət-izzət bəsləyir, həm də dərin etiramlarını bildirirlər. Bəli, belə bir yanaşmanın varlığı hər bir həkimin xəstələrə göstərdiyi qayğıdan, xəstənin ümumi vəziyyətini lazımınca qiymətləndirməyi bacarmasından, düzgün qərar qəbul edə bilməsindən çox asılıdır. Zakir həkimin fikrincə hər bir insan özünün peşəsinin sağlam ruhlu, döyüşkən və vicdanlı əsgəri olmalıdır. Zakir həkimə üz tutan hər bir xəstə onun yanından xoş əhval – ruhiyə ilə geri dönür. Bu həkimin xəstəyə verdiyi ilk yardım hazırlıq dövrüdür. Bəzən olur ki, cüzi problemlə hansısa həkimin qəbuluna gedən xəstə elə bir münasibətlə qarşılaşır ki, hətta özü öz həyatından bezir. Zakir həkimi isə fərqləndirən onun mənəvi cəhətdən varlı olmasıdır. Bu varlılıq, bu sərvət insani keyfiyyətlərlə zəngin insanlara məxsusdur və xoşbəxtdir o kəs ki, onun haqqında: – Əsil bir insandır! – ifadələri səslənir. Dr. Zakir Abıyev də məhz belə bir insani dəyərlər sahibi olduğu üçün ona üz tutanların ardı arası kəsilmir. Əlbət ki, müsbət nəticələr artdıqca, həkimə inam da artır. Və insanlar ümidlə o həkimə müraciət erdirlər. Həkimin uğurlu fəaliyyəti və nailiyyətləri qarşısında xalqımız adından ona təşəkkürümüzü bildirərək deyirik:
Xəstələr minnətdarlıq eləyirlər hər zaman
Sizi bəxş edib bizə Yurdumuz Azərbaycan
Xalqımız hər an deyir, Zakir həkim var olsun
Əzizləriylə birgə xoşbəxt, bəxtiyar olsun
Bölməyə aid digər xəbərlər