Nüfuz elə bir sərvətdir ki, onun alınması və satılması qeyri-mümkündür. İnsan yaşadığı bir ömür boyunca aldığı elmi – biliklər, çəkdiyi zəhmətlər və həsr etdiyi səylər bahasına nüfuz əldə edə bilir. Ən əsası isə insanlara qarşı əsil insani münasibət və qurulan hörmətli ünsiyyətdir. Bəzən olur ki, peşə sahibləri kiminsə daha şox hörmət qazanmasına həsəd aparırlar. Əslində həsəd aparmaq yox onun əməllərindən, amalından haqqa bağlılığından örnək götürülməlidir. Haqqında qısa şərh təqdim edəcəyimiz Medera Hospitalın həkim-lazeroloqu Səkinə Hüseynovanın şəxsiyyəti və fəaliyyəti əsil örnək yoludur gələcək nəsillərimizə və gənclərimizə. Səkinə həkim sözün əsil mənasında Hippokrat andına sadiq, qabaqcıl və nümunəvi Səhiyyə işçisidir. Dr. Hüseynovanın fikrincə hər bir insan özünün peşəsinin sağlam ruhlu, döyüşkən və vicdanlı əsgəri olmalıdır. Dr. Səkinə Hüseynovaya üz tutan hər bir pasient onun yanından xoş əhval – ruhiyə ilə geri dönür. Səkinə həkimi isə fərqləndirən onun mənəvi cəhətdən varlı olmasıdır. Bu varlılıq, bu sərvət insani keyfiyyətlərlə zəngin insanlara məxsusdur və xoşbəxtdir o kəs ki, onun haqqında: – Əsil bir insandır! – ifadələri səslənir. Səkinə Hüseynova da məhz belə bir insani dəyərlər sahibi olduğu üçün ona üz tutanların ardı arası kəsilmir. Əlbət ki, müsbət nəticələr artdıqca, həkimə inam da artır. Və insanlar ümidlə o həkimə müraciət erdirlər. Həkimin uğurlu fəaliyyəti və nailiyyətləri qarşısında xalqımız adından ona təşəkkürümüzü bildirərək deyirik:
Xəstələr minnətdarlıq eləyirlər hər zaman
Sizi bəxş edib bizə Yurdumuz Azərbaycan
Xalqımız hər an deyir, Səkinə həkim var olsun
Əzizləriylə birgə xoşbəxt, bəxtiyar olsun.
Ömrünün uzun illərini, yorulmadan sevdiyi peşəsinə, xalqının sağlamlığına həsr etmişdir Səkinə Hüseynova. Dr. Hüseynovanın ürəyi, qəlbi həmişə Allaha bağlı olmuş, xeyirxah qəlbi həmişə xeyirxah işlər üçün döyünmüşdür.
Bölməyə aid digər xəbərlər