12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dr. Gülmirə Abbasova-Real Hospitalın həkim-radioloqu

Nüfuz elə bir sərvətdir ki, onun alınması və satılması qeyri-mümkündür. İnsan yaşadığı bir ömür boyunca aldığı elmi – biliklər, çəkdiyi zəhmətlər və həsr etdiyi səylər bahasına nüfuz əldə edə bilir. Ən əsası  isə insanlara qarşı əsil insani münasibət və qurulan hörmətli ünsiyyətdir. Bəzən olur ki, peşə sahibləri kiminsə daha çox hörmət qazanmasına həsəd aparırlar. Əslində həsəd aparmaq yox onun əməllərindən, amalından haqqa bağlılığından örnək  götürülməlidir.  Haqqında qısa şərh təqdim edəcəyimiz Sumqayıt şəhərində yerləşən Real Hospitalın həkim-radioloqu Gülmirə Abbasovanın  şəxsiyyəti və fəaliyyəti  əsil  örnək yoludur gələcək nəsillərimizə və gənclərimizə. Gülmirə həkim sözün əsil mənasında Hippokrat andına sadiq, qabaqcıl və nümunəvi Səhiyyə işçisidir. Gülmirə həkimin fikrincə hər bir insan özünün peşəsinin sağlam ruhlu, döyüşkən və vicdanlı əsgəri olmalıdır. Dr. Gülmirə Abbasovaya üz tutan hər bir xəstə onun yanından xoş əhval – ruhiyə ilə geri dönür. Bu həkimin xəstəyə verdiyi ilk yardım hazırlıq dövrüdür. Bəzən olur ki, cüzi problemlə hansısa həkimin qəbuluna gedən xəstə elə bir münasibətlə qarşılaşır ki, hətta özü öz həyatından bezir. Gülmirə həkimi isə fərqləndirən onun mənəvi cəhətdən varlı olmasıdır. Bu varlılıq, bu sərvət insani keyfiyyətlərlə zəngin insanlara məxsusdur və xoşbəxtdir  o  kəs ki, onun haqqında: – Əsil bir insandır! – ifadələri səslənir. Gülmirə Abbasova da məhz belə bir insani dəyərlər sahibi olduğu üçün ona üz tutanların ardı arası kəsilmir. Həkimin uğurlu fəaliyyəti və nailiyyətləri qarşısında xalqımız adından ona təşəkkürümüzü bildirərək deyirik:
                    
 Xəstələr minnətdarlıq eləyirlər hər zaman
  Sizi bəxş edib bizə Yurdumuz Azərbaycan
  Xalqımız hər an deyir, Gülmirə həkim var olsun
  Əzizləriylə birgə xoşbəxt, bəxtiyar olsun.

Ömrünün uzun illərini, yorulmadan sevdiyi peşəsinə, xalqının sağlamlığına həsr etmişdir Gülmirə Abbasova. Dr. Abbasovanın ürəyi, qəlbi həmişə Allaha bağlı olmuş, xeyirxah qəlbi həmişə xeyirxah işlər üçün döyünmüşdür.


Tarix: 6-01-2021, 22:57 Oxunub: 250


Bölməyə aid digər xəbərlər