12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
"İlk üç saatda Xankəndinin mərkəzində ağ bayraq qaldırılacaq" - DETALLAR
Bir neçə gündür Qarabağda yerləşən qanunsuz erməni silahlı birləşmələrinin aktivliyi Azərbaycan Ordusu tərəfindən müşahidə olunur və baş verə biləcək hər hansı təxribatın qarşısının alınması üçün zəruri tədbirlər görülür. Belə ki, Azərbaycan tərəfi müəyyən müddətdə Ermənistan ərazisindən Laçın yoluna alternativ Xəlfəli yolundan Qarabağ bölgəsinə silah, sursat və canlı qüvvənin daşınması barədə siqnallar alıb. İki gün öncə bu yöndə Azərbaycan əməliyyatçıları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 3 erməni terrorçusu məhv edilib.
Baş verən terror-təxribat cəhdlərinin artması və bölgədə hərbi vəziyyətin getdikcə gərginləşməsi Azərbaycan üçün növbəti anti-terror əməliyyatlarına başlamaq zərurəti yaradırmı? Dia.az-ın məlumatına görə, məsələ ilə bağlı yaranmış situasiyanı Bizimyol.info xəbər portalına şərh edən hərbi ekspert Elxan Şıxəliyev qeyd edib ki, Azərbaycan iki istiqamətdə anti-terror əməliyyatları keçirə bilər:
“Son zamanlar baş verən məsələlər Azərbaycan və Ermənistan siyasi dialoqları konteksində qiymətləndirilməlidir. Artıq siyasi danışıqlar dalana dirənib, Ermənistan beş müddəalı sülh sazişi paketini qəbul etmir. Qarabağdakı seperatçı ermənilər də inteqrasiya üzrə təkliflərimizi rədd edirlər. İki seçimləri var idi - ya təklif edilənləri qəbul etmək, ya da hərbi əməliyyatlar. Dünən də qondarma qurumun “rəhbəri” Araik Arutyunyan Təhlükəsizlik Şurasının iclasında qeyd edib ki, onlar heç bir inteqrasiyanı qəbul etmirlər, axıradək mübarizələrini aparacaqlar. Bu, əslində Azərbaycanın siyasi iradəsinə bir çağırışdır. Çağırış ondan ibarətdir ki, bu coğrafiyada bizim münasibətlər Qarabağda yaşayan ermənilərlə yalnız sərt gücün tətbiqindən sonra mümkün olacaq.
Bunlar Azərbaycan tərəfini həm təhrik edir, həm də tələsdirməyə çalışırlar. Təbii ki, sonuncu baş vermiş insdent – Xankəndi, Xəlfəli, Turşsu yolunun üzərində iki hərbçimizi şəhid etmələri qeyd etdiyimiz həmin anti-terror əməliyyatlarının keçirilməsini labüdləşdirir. Anti-terror əməliyyatlarının indiki mərhələdə keçirilmə məqsədi Qarabağ ərazisində olan qeyri-qanuni birləşmələrin tərkibindəki silahlı dəstələri zərərsizləşdirməkdən ibarətdir.
Biz Qarabağdakı erməniləri iki hissəyə bölməliyik: dinc, Azərbaycanla müharibə istəməyən ermənilər və silahlanaraq bizim ərazilərimizdə hərbçilərimizi şəhid edərək, özlərini hədəfə çevirənlər. Qeyri-qanuni birləşmələrin tərkibində yerləşən 6-8 min arası silahlı şəxslər Azərbaycan Silahlı Qüvvələrinin legitim hədəfləridir. Elə bununla bağlı artıq Müdafiə Nazirliyi də bəyanat verdi ki, qarşı tərəf keçirilə biləcək sərt tədbirlərə hazırlıqlı olsun. Heç zaman münaqişədən sonrakı dövrdə MN belə bir bəyanat verməmişdi. Bu bəyanatla da qarşı tərəfə sonuncu xəbərdarlıq edilir və seçimi nəyin üzərində edəcəklərini müyyənləşdirmələri gözlənilir. Bəli, indi anti-terror əməliyyatlarının keçirilməsinin tam zamanıdır, çünki biz nə qədər sülh üzərinə danışsaq da, inetqrasiya barədə mesajlar versək də Ermənistan tərəfi vaxtı uzadır və həmin vaxt da bizim əleyhimizə işləyir. Onlar indi Avropa İttifaqının yüzə yaxın heyətini Ermənistanda yerləşdiriblər və bir hissəsini də yerləşdirəcəklər. Bununla da vaxt qazanıb, həmin heyətləri BMT-nin hansısa institutlarının çətiri altında Qarabağa yerləşdirmək istəyəcəklər.
Ancaq bizim vaxt limitiz yoxdur. Ermənilərin bu hiyləgər siyasətlərini beynəlxalq platformalara daşıyaraq Azərbaycana təsir etməsi üzərinə anti-terror əməliyyatlarının keçirilməsinin də iki istiqaməti var: birinci istiqamət nöqtə əməliyyatları - xüsusi təyinatlılarımız və əməliyyat briqadalarımızın şəxsi heyətinin fəaliyyəti ilə bölgədə nə qədər əlisilahlı hədəf varsa, zərərsizləşdirilir. İkinci istiqamət: Hava Hücumu Vasitələrinin zərbə əməliyyatları – burada PUA-lardan istifadə edilərək, 6-8 min şəxsi heyəti olan silahlı-birləşmələrin 24 komanda-qərargah məntəqəsini elə 24 ədəd PUA vasitəsilə nöqtə atışları edərək zərərsizləşdirdikdən üç saat sonra Xankəndinin mərkəzində ağ bayraq qaldırılacaq. 10 noyabr sazişindən sonra üç rayonu bizə döyüşsüz təslim edən tör-töküntülər, hansı ki, bunu mühasirəyə düşüb məhv olmamaq üçün etmişdilər, indi bizimlə revanşist dilində danışmağa cəhd edirlər. Sanki Azərbaycan Silahlı Qüvvələrinin gücünə bələd deyillər. Bəyəm çoxmu zaman keçdi ki, bunlar həmin tarixi unudurlar? Azərbaycan Silahlı Qüvvələrinə ümumi anti-terror əməliyyatı keçirmək üçün təkcə 24 saat vaxt lazımdır ki, həmin əməliyyatın ilk üç saatında Xankəndidəki ermənilər ağ bayraq qaldırıb, təslim olsunlar. Ancaq bizim oradakı dinc, silahsız sakinlərlə təbii ki, bir işimiz yoxdur.
Təbii ki bu anti-terror əməliyyatlarının konkret hədəfləri olduğu üçün Rusiya sülhməramlılarından da o qədər ehtiyatlanmamalıyıq. Ona görə ki, 1960 nəfəri onlar 29 müşahidə məntəqəsində yerləşdiriblər və hərəkət marşrutları da bəllidir, amma Qarabağın perimetri 500 km ərazidən ibarət olduğu üçün sülhməramlılarının atəş altında qalmamasını biz sığortalaya bilirik. Çünki qeyd etdiyimiz ağıllı hücum silahları konkret hədəfləri sıradan çıxaracaq. Hansı ki, biz bu fəaliyyətləri “Fərrux” və “Qisas” əməliyyatlarında da tətbiq etmişdik, nümunələri var. Ona görə də düşünürəm ki, cəmiyyətimizin istəyi üzərinə, həm də hərbçilərimiz öz torpaqlarımızda şəhid olmasın deyə bu problemi sonlandırmalıyıq. Necə ki, Azərbaycan daxilində digər xalqlar silahsız, münaqişəsiz, dinc şəkildə, bərabər yaşayırlarsa, ermənilər də bu seçimi etməlidirlər. Etmədikləri təqdirdə seçimləri anti-terror əməliyyatlarının hədəfinə çevrilmək olacaq. Onlar bunu bilməlidirlər” – deyə, hərbi ekspert gərgin vəziyyəti şərh edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 9-03-2023, 15:30 Oxunub: 75
Bölməyə aid digər xəbərlər
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
21-12-2022, 15:30
Ermənilərin Xankəndiyə təcili yardım maşınında silah daşıması ifşa olundu - İLGİNC FAKTLAR
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU