12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ermənilərin Qarabağda hədəfi: rusları gözdən salmaq...

Əgər nasist və faşist əlaltısı Qaregin Njdenin abidəsi həqiqətən də Qarabağda quraşdırılıbsa, bu, şübhəsiz ki, cinayətdir və buna görə məsul şəxslər cəzalandırılmalıdır.
Bu sözlər QanunXəbər.com-a açıqlamasında rusiyalı politoloq, “Valday” klubunun eksperti Fərhad İbrahimov deyib.
Onun sözlərinə görə, bu abidənin hazırda Qarabağda yerləşdiyinə dair dəqiq bir dəlil yoxdur, çünki bu abidənin mövcudluğu ilə bağlı əlimizdə yalnız iki fotoşəkil var:
“Bunun həqiqətən doğru olduğunu sübut edən yeni şəkil və video materiallar yoxdur. Lakin əgər bu doğrudursa, o abidəni Qarabağ ərazisindən təcili çıxarmaq lazımdır, çünki Azərbaycanda faşizmə yer yoxdur. Üstəlik, Qarabağ ermənilərinin Azərbaycan hakimiyyətinin xəbəri olmadan kiməsə, ələlxüsus da nasist kollaborantına abidə ucaltmağa qanuni və mənəvi haqqı yoxdur”.
Ekspert vurğulayıb ki, Qarabağ istər de-yure, istərsə də de-fakto rəsmi Bakının ayrılmaz hissəsidir və 44 günlük azadlıq müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri bunu sübut edib:
“Onu da vurğulamaq istərdim ki, separatçıların işğal olunmuş ərazilərimizdəki qalıqları məğlub vəziyyətdədir, indi onların görə biləcəyi yeganə iş rəsmi Bakını qıcıqlandıraraq, Rusiya sülhməramlı qüvvələrini Azərbaycanın gözündə nüfuzdan salmaq üçün təxribatlara əl atmaqdır. Belə bir ssenari gözlənilən idi, çünki Ermənistanda yerlərində sakit otura bilməyən revanşist qüvvələr təxribat törətmək ehtiyacı duyurlar. Nasist cinayətkarlara ibadət və pərəstiş Ermənistan üçün yalnız rüsvayçılıq kimi qiymətləndirilə bilər”.



Tarix: 1-02-2021, 17:23 Oxunub: 114


Bölməyə aid digər xəbərlər