Artıq neçə illərdir ki, səhiyyə sahəsində şərəflə addımlayan Rüstəm Verdiyev 3 saylı Şəhər Klinik Xəstəxanası həkim- Nefroloqu ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, şəfa tapması yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Rüstəm həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Mən həm bir müalicə olan xəstə həm də cəmiyyətin bir nümayəndəsi olaraq, deyə bilərəm ki, ilahi Rüstəm həkimə dünyanın ən böyük nemətini bəxş etmişdir. O nemət bu şəxsdə olan, onun ruhunda – qəlbində qərar tutan xeyirxahlıqdır. Bu insan hər bir kəsin könlündə özünə qarşı yalnız xoş hisslər yadigar edir. Mənim bir pasient kimi ona olan hörmət və məhəbbətimin hüdudu böyükdür. Həkimin qəbulunda olarkən edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşayacağıma bir ümid yaratdı. Həkimin mənimlə diqqət və səbirlə davranmağı xəstələrə olan qayğınızdan xəbər verir. Sizinlə söhbət zamanı müalicənin vacibliyini sadə dildə mənə elə izah etdiniz ki, daxilən əməliyyata mən hazır oldum. Həyatda qalacağıma inancım az olsa da, sizinlə söhbət ürəyimdəki qorxunu azaltmışdı. Sizin və tibbi
personalınızın çox böyük səyi nəticəsində müalicə zamanı çıxan problemlərin də aradan qaldırılmasına səbəb oldu. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları sizin sayənizdə oldu.
Biz də, redaksiya heyətimiz adından Rüstəm Verdiyev sizə sağlamlıq və nailiyyətlər arzulayırıq.
Bölməyə aid digər xəbərlər