Dr. Aynur Cavadova -Səhiyyə həqiqətən qiymətli bir sahədir.

Pasiyentlərin səhhətinin keşiyində dayanan Dr. Aynur Cavadova məhz öz üzərinə vəzifə olaraq götürdüyü nəcib peşənin öhdəsindən tam məsuliyyətlə gələrək ictimaiyyətin hörmət və ehtiramını qazanmışdır. Pasiyentlərin sağlamlığına təmənnasız xidmət edən Aynur həkimi biz də tanımağımıza çox şad olduq. Nə yaxşı ki, Aynur həkimin timsalında adını qürurla söyləyə biləcəyimiz əsil Azərbaycan həkimləri vardır. Yaşının bu çağında tükənməz enerji ilə işləyən Aynur xanım demək olar ki, sutkanın neçə-neçə saatını cərrahiyyə əməliyyatlarında olur. Əməliyyatı isə sıradan olmur, xəstənin daxili orqanlarına o qədər ehtiyyatla, həssaslıqla və bir zərgər dəqiqliyi ilə yanaşır ki, Aynur xanım.
Neçə - neçə qadınlara xoşbəxtlik, ana olmaq sevincini bəxş edən gözəl insan, savadlı həkimim. Həyatda xoşbəxt yaşamağımın başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Sizə nə qədər təşəkkür etsək azdı. 9 ay əziyyətimizi çəkdiniz, sizin sayənizdə mən hamiləliyimi başa vurdum sona qədər bizə dəstək oldunuz,sırf sizin üçün hər ay Sumqayıtdan  gəlib müayinə olub qayıtdıq, çünki sadəcə sizə etibar etdik, güvəndik sadəcə sizin savadınıza, insanlığınıza, səmimi söhbətlərinizə. Bizə dünyaları bəxş etdiniz, sizə nə qədər təşəkkür etsək azdı. Biz sizi çox sevirik.
Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə. Allah sizi də həmişə sevindirsin mənim həkimim Aynur həkim.

Biz də QanunXəbər.com informasiya agentliyi adından ömrünü insanları xəstəliklərin əlindən alıb sağaltmaq, onları yenidən həyata qaytarıb yaşatmaq kimi xeyirxah bir işə həsr edən Aynur Cavadovaya ömrünün müdriklik çağının zirvəsində qalmağı, insanlara sevinc və yaşamaq eşqi bağışlamaq kimi xeyirxah işini bundan sonra da eyni əzmkarlıqla davam etdirmək üçün daha uzun ömür arzulayırıq. Sonda xalqımızın sağlamlığı keşiyində əzmlə dayanan dəyərli həkimlərimizə dərin minnətdarlığımı bildirirəm.

@draynurcavadova Cərrah,mama-ginekoloq 
(+994) 50 451 62 00 Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası 


Tarix: 4-11-2020, 21:26 Oxunub: 327


Bölməyə aid digər xəbərlər